Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 11:59:00
Xarici dillər təmayüllü lisey və gimnaziyaların nümunəvi tədris planları təsdiqlənib  

Təhsil naziri Ceyhun Bayramov xarici dillər təmayüllü lisey və gimnaziyaların 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, əmrə əsasən, ölkəmizin tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiqlənib.