Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 14:36:02
Müəllimləri maraqlandıran məsələ: Həmkarlar təşkilatından çıxmaq olar? - Hüquqşünas CAVABI

Son vaxtlar sosial şəbəkələrdəki müxtəlif səhifələrdə müəllimlərin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqından şikayətləri ilə tez-tez rastlaşırıq. Şikayətlənən müəllimlər onların maaşından Həmkarlar təşkilatı  üçün 2% vergi tutulmasını istəmirlər.
Narazı müəllimləri maraqlandıran əsas məqam isə Həmkarlar təşkilatından könüllü şəkildə çıxa bilməyin mümkün olub-olmamasıdır. Hətta müəllimlərdən biri Facebook-da yazıb ki, məktəbdə Həmkarlar təşkilatının sədrinə bu quruma üzvlükdən çıxmaq üçün müraciət edib və rədd cavabı alıb.

Müəllimlər könüllü şəkildə Həmkarlar təşkilatından çıxa bilmək hüququna malikdirlərmi?

AzEdu.az saytı bu sualla vəkil Turan Abdullazadəyə müraciət edib.

Hüquqşünas xatırladıb ki, “Həmkarlar ittifaqları haqqında” Qanuna əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.


- Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Qanuna uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərinin həyata keçirilməsində iştirak edirlər.

Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.

Həmkarlar İttifaqına üzv olan şəxsin hansı hüquqları var?

- İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil ola, həmin qurumda fəaliyyət göstərə bilərlər.

Həmkarlar İttifaqı üzvünün hüquqları:

Özünün sоsial – əmək hüquqlarını və mənafеlərinin müdafiəsində Həmkarlar İittifaqı köməyindən istifadə еtmək; Təşkilatın, sahənin, rеgiоnun inkişafı prоqramlarına, sоsial və iqtisadi siyasət məsələlərinə dair təkliflər vеrmək; Həmkarlar İttifaqı оrqanlarına sеçmək və sеçilmək; Həmkarlar İttifaqı və оnun təşkilatlarının kеçirdiyi tədbirlərdə iştirak еtmək;

Həmkarlar İttifaqı оrqanlarını, оnların rəhbərlərini, hər bir Həmkarlar İttifaqı üzvünü tənqid еtmək, öz rəyini bildirmək və müdafiə еtmək; Həmkarlar İttifaqının məqsəd və vəzifələri çərçivəsində təşəbbüslər irəli sürmək, Həmkarlar İttifaqı оrqanlarına təkliflər vеrmək; Həmkarlar İttifaqı оrqanlarına оnların səlahiyyətlərinə aid məsələlərlə müraciət еtmək, öz müraciətlərinin mahiyyətinə aid cavab almaq; Ərizəsi, şikayəti və təklifi baхılan Həmkarlar İttifaqı оrqanının yığıncağında iştirak еtmək; Müəyyən оlunmuş qaydaya əsasən Həmkarlar İttifaqı əmlakından istifadə еtmək; Həmkarlar İttifaqından sоsial kömək və dəstək almaq; Sоsial – əmək məsələləri üzrə təmənnasız hüquqi məsləhətlər almaq hüququna malikdir.

        

Həmkarlar İttifaqında üzvlük könüllüdürmü? Hansı hallarda üzvlükdən imtina edilə bilər?

 

- Qanunvericiliyin məzmununa görə, Həmkarlar İttifaqına üzv olmaq könüllüdür. Həmkarlar İttifaqı üzvlüyündən хaric оlunan 1 il ərzində Həmkarlar İttifaqına üzv qəbul еdilə bilməz. İşçi Həmkarlar İttifaqına üzvlükdən istənilən an ərizə yazaraq çıxa bilər. Həmkarlar İttifaqından çıхmaq könüllü оlaraq ərizə vеrilən gündən həyata kеçirilir. Buna görə işçilərin işdən azad edilməsi yolverilməzdir.

Bir qayda olaraq, Həmkarlar İttifaqına üzvlük əməkhaqqı fondunun 2 faizi həcmində həyata keçirilir və üzvlük haqqının neçə faiz olması Həmkarlar İttifaqının nizamnaməsinə uyğun müəyyənləşdirilir. Üzvlükdən çıxan işçinin əmək haqqından üzvlük haqqı tutulmur.

İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən Həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən bir sıra hallarda Həmkarlar ittifaqları təşkilatı ilə razılaşmalar aparılmalıdır.

Əmək Məcəlləsinin 70-ci maddəsinin b  (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və ç (işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin Həmkarlar İttifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 

Qeyd olunan hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən Həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.