Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 13:35:00
Xınalıqdakı İbrahimi fitri istedad sahibi saymaq olar? - Ekspert razılaşmadı  

Qubanın Xınalıq kəndində yaşayan məktəbli İbrahim Zeynalovun qeyri-adi qabiliyyəti bu gün Kütləvi İnformasiya Vasitələrində əsas mövzulardan birinə çevrilib. Bu məsələ ilə bağlı təhsil üzrə ekspertlər də öz fikirlərini bildiriblər. Bəziləri ucqar kənddə, məhdud şəraitdə yaşamasına baxmayaraq xarici dil öyrənən 11 yaşlı uşağı təqdir edib, bəziləri isə bunu adi qarşılayıb.

 

Biz də AzEdu.az olaraq Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimovdan fikir bildirməyini xahiş etdik.

 

Ə.İbrahimov Azərbaycan kənd və rayonlarında yüzlərlə belə istedadlı şagirdin olmasını normal qarşıladığını bildirib:

 

“Bu gün gələcəyi parlaq olan istedadlı uşaqlarımız yetərincədir və çox sevindirici haldır ki, belə istedadlı gəncləri müəyyən edib ortalığa çıxarmaqla müvafiq qurumlarımız məşğul olur. Belə gənclər dövlət və təhsil qurumları tərəfindən qayğı və diqqətlə əhatə olunur.

 

İbrahim Zeynalova gəlincə, onun böyük istedada malik olması barədə KİV-dən tanış olmuşam. İbrahim məktəbdə tədris olunan digər fənlərdə də belə istedada malik olduğunu subuta yetiribsə, bu uşağın böyük gələcəyi olduğunu qabaqcadan söyləmək mümkündür. Amma sadəcə turistlərlə ingilis dilində danışmağına gəlincə, Xınalıqdakı İbrahim yaşında olan bütün uşaqlar bu dili gündəlik fəaliyyətlərin tələb etdiyi səviyyədə sərbəst bilirlər. Onların hamısı Xınalığa səfər edən xarici qonaqları müşayiət edib yola salmaq təcrübəsinə malikdirlər”.