Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 16:31:00
Təhsilin İnkişafı Fondu qız tələbələrə dəstək göstərir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə “Qızların təhsilinə dəstək” layihəsi həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, Təhsilin İnkişafı Fondu (TİF) Layihələrin idarəedilməsi şöbəsinin müdiri Nərgiz İsmayılova layihənin hansı formada tətbiq edilməsindən, ən çox kimlərə şamil olunmasından danışıb.

 

 

““Qızların təhsilinə dəstək” pilot layihə olaraq bakalavriat pilləsində təhsil alan qızları dəstək üçün başladılıb. Nəinki təhsil mərhələsində, eyni zamanda təhsilini başa vurduqdan sonra işlə təmin olunmasında, şəxsi inkişafında, ümumilikdə sonrakı həyatında da onlara dəstək olmağı nəzərdə tutmuşuq".


N.İsmayılova qeyd edib ki, Cənub və Aran zonasında qızlar təhsildən kənar qalmaqla yanaşı, erkən nikaha məcbur edilir, ailə zorakılığı ilə üzləşir.

"Bu layihə çərçivəsində qızlarımıza kompleks dəstəyin göstərilməsini nəzərdə tutmuşuq".