Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 16:25:00
Bu Fond 25 tələbə qıza əlavə təqaüd verir - ayda 200 manat

“25 tələbə qıza aylıq təqaüd verilməsini dəstəkləmişik”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnkişafı Fondu (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri Nərgiz İsmayılova deyib:

 

“Keçən ilin payız ayından biz regionlardan olan sosial həssas təbəqəni təmsil edən və ali təhsil müəsssisələrinə qəbul zamanı yüksək bal tooplayan 25 tələbə qıza aylıq təqaüdlərin verilməsini təmin etmişik.  

Həyata keçirdiyimiz “Qızların təhsilinə dəstək” layihəsinin əsas məqsədi də elə budur. Bununla biz həm qızların təhsili üçün əlavə xərclərin qarşılanmasına dəstək oluruq, həm də qızların böyük əksəriyyəti regionlardan olduğundan onların təhsili ilə bağlı problemlərin həllinə dəstək veririk. Sosial vəziyyət yaxşı olmadığı halda bəzi ailələr qızlarını oxudmaq istəmir. Bu layihənin məqsədlərindən biri həm qızların təhsilini dətəkləmək, həm də bir mesaj verilməsidir ki, qızların təhsili çox önəmlidir”.

 
O qeyd edib ki, lahiyənin daha böyük miqyasda həyata keçirilməsi və layihəyə cəlb edilən qızların sayının artrılması nəzərdə tutulur:

“Planımız böyükdür. Növbəti tədris ilində iştirakçıların sayının artırılması planlaşdırılır”.

Qeyd olunur ki, qızların aylıq xərcləri üçün qarşılanan təqaüdün miqdarı ilkin razılaşmada 200 manat məbləğindədir. Və onların təhsil aldığı müddətdə bu davam etdirilir.