Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 10:56:22
Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər – Hansıları həyata keçəcək?

Hazırda məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar hazırlanır. "Ümumi təhsil pilləsi üzrə təhsilalanların qiymətləndirilməsi (yekun qiymətləndirmə istisna olmaqla) qaydaları” adlanan bu layihədə qiymətləndirmə ilə bağlı bir sıra köklü dəyişikliklər həyata keçiriləcək.

AzEdu.az qaydalara əsasən, ehtimal olunan  bir sıra yenilikləri diqqətinizə çatdırır.

Məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla 3 növdən ibarət olacağı gözlənilir. Əsas dəyişiklikər summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacaq. Belə ki, I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-III siniflərdə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacaq. IV sinifdə isə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənnindən həm KSQ, həm BSQ, digər fənlərdə isə yalnız KSQ keçiriləcək.

V-VIII siniflərdə bütün fənlərdən yalnız kiçik summativ qiymətləndirmə, IX, X, XI siniflərdə isə summativ qiymətləndirmə eynən IV sinifdə olduğu kimi aparılacaq. Yəni Azərbaycan dili , riyaziyyat və ingilis dili fənnindən həm KSQ, həm BSQ, digər fənlərdə isə yalnız KSQ keçiriləcək.

Yarımil qiymətləri böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5” ballıq) əsasən yazıla bilər.

BSQ aparılan fənlər üzrə isə yarımil balı məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar düsturuna əsasən çıxarılır. Həmçinin,  "5” ballıq şkala ilə də qiymətləndirilir. Şagirdin illik balı onun yarımillik ballarının ədədi ortası kimi müəyyənləşdirilir və “5” ballıq şkalaya uyğunlaşdırılaraq sinif jurnalının müvafiq qrafasının ikinci sütunun qiymət yazılır.

Qeyd edək ki, məktəblərdə bütün siniflər üzrə Böyük summativ qiymətləndirmə mərkəzləşdirilmiş qaydada və eyni gündə keçiriləcəyi nəzərdə tutulur. Yəni, BSQ keçiriləcəyi nəzərdə tutulan fənn həmin günün dərs proqramında olmasa da, qiymətləndirmə keçiriləcək.

Elşən Ramizoğlu