Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 15:10:00
DİM buraxılış imtahanındakı mətnlə bağlı iddialara CAVAB VERDİ

5 mart tarixində keçirilən buraxılış imtahanında Azərbaycan dili fənni üzrə salınmış mətn sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bəziləri iddia edir ki, həmin mətn türk "youtuber"in videosundan tərcümə olunub.

 

Bu iddiaların doğruluq payı varmı?

 

AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) sözügedən məsələyə rəsmi aydınlıq gətirilib:

 

“Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Azərbaycan dili fənnindən şagirdlərə ədəbi və publisistik üslubda olmaqla iki mətn və bu mətnlərin hər biri əsasında 5 çoxseçimli və 5 yazılı cavab tələb edən tapşırıq təqdim olunur. Müraciətdə bəhs olunan mətn publisistik üslubdadır. Publisistik üslub çox geniş spektrli sahələri əhatə edir. Bu üslubun sərhədləri daxilində yer alan istənilən mövzu haqqında istər ənənəvi və sosial mediada, istərsə də digər internet resurslarında minlərlə xəbər, məqalə, müzakirə araşdırma və s. yer ala bilər. Burada səslənən fikirlərin bəziləri şübhəsiz ki, bənzər ola bilər və ya bu fikirləri səsləndirən insanlarla mətn tərtibçisi eyni mənbələrdən istifadə edə bilər.

DİM imtahanlarda istifadə edilmək üçün onilliklər ərzində formalaşmış zəngin test bankına malikdir.  Həmin mətn də DİM-in test bankına bir neçə il bundan əvvəl daxil olub. Bəhs edilən mövzu ilə bağlı sosial mediadakı yayım isə göründüyü kimi bir il əvvəlki tarixdə olub.  Əlavə olaraq onu da bildirmək istəyirik ki, imtahanlarda istifadə edilən mətnlər (eləcə də publisistik mətnlər) sadəcə bir vasitədir. Belə ki, onlar hansı mövzuda tərtib olunursa olsun, onun əsasında hazırlanan tapşırıqlar yalnız və yalnız Azərbaycan dili fənninin kurikulumunun təlim nəticələrində yer alan bilik və bacarıqların yoxlanılmasına xidmət edir. Başqa sözlə, imtahanda bu tapşırıqları doğru cavablandırmağın yeganə yolu tədris prosesində Azərbaycan dili fənnini lazımi şəkildə mənimsəməkdən keçir. Ona görə də hansısa mətnin mənbəyini müzakirə predmetinə çevirmək və ya ona xüsusi məna yükləmək imtahanlara hazırlaşan şagirdlər (abituriyentlər) üçün lüzumsuz vaxt itkisindən başqa bir şey deyildir”.

 

Sözügedən video və mətni təqdim edirik: