Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 13:14:00
Sınaq imtahanının sualları buraxılış və qəbul imtahanında da istifadə oluna bilər? - Rəsmi CAVAB

Martın 5-də keçirilmiş buraxılış imtahanında iştirak edən şagirdlər sınaq imtahanında qarşılaşdıqları sualların buraxılış və qəbul imtahanında istifadə olunmamasından narazılıqlarını dilə gətiriblər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az verilən məlumatda isə bildirilib ki, sınaq imtahanında istifadə olunan tapşırıqlar buraxılış və qəbul imtahanında istifadə oluna bilməz.


"Hər bir imtahanda test bloku asan, orta və çətin tipli tapşırıqlardan ibarət olur. 

İmtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür. Hər bir imtahandan sonra onun nəticələri elmi, metodiki baxımdan təhlil olunur. Yalnız öz ətrafında olan insanların fikirləri əsasında ümumi qənaətə gəlmək doğru deyil".

 

Qeyd edək ki, hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır. Ötən illərin təcrübəsi göstərir ki, bu növ imtahan və nəticələrin ümumi səviyyəsi bir-birinə bərabər olur.