Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 05:26:46
Şagirdlər skolioz xəstəliyi barədə məlumatlandırılıb

Paytaxtdakı 291 nömrəli ekologiya liseyində məktəblilərə skolioz xəstəlikləri ilə bağlı təlim keçirilib.

AzEdu.az xəbər verir ki, “Sağlam Təhsil. Yeniyetmələrin bəlası – skolioz” adlı layihə çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi valideyn və şagirdləri skolioz xəstəliyi haqqında həkim tərəfindən ətraflı məlumatlandırmaq, gələcəkdə baş verə biləcək xəstəliyi qabaqcadan müəyyənləşdirməkdir.

Təlimdə BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Azərbaycan Tibb Universitetinin fizioterapiya və idman təbabəti kafedrasının dosenti Sədaqət Quliyeva, ekologiya liseyinin direktoru Kəmalə Mirzəyeva, layihənin rəhbəri və liseyin müəllimi Samirə Səmədova, müəllim və şagirdlər iştirak ediblər.

Üç gün davam edən təlimlər zamanı onurğa sütunu pozuntularının (skolioz, kifoz, lordoz və kifoskolioz) yaranma səbəbləri, müalicə və profilaktikasından danışılıb. Şagirdlərə parta arxasında düzgün oturmaq qaydaları izah edilib, valideyn və müəllimlərə şagirdlərin oturmaq qaydalarını daim nəzarətdə saxlamaq tövsiyə olunub.

1521131272601265870_1000x669.jpg