Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 17:47:11
Prezident məktəb tikintisi üçün 2 milyon ayırdı

Prezident İlham Əliyev Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AzEdu.az-ın məlumatına görə, sərəncamla  Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.