Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 16:01:00
İmtahan sualları buraxılış səviyəsinə uyğun olmayıb - ETİRAZ

5 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanıları keçirilib.

 

İmtahanda iştirak etmiş şagirdlər suallarının çətin tərtib olunmasından şikayətlənirlər.


Bəs buraxılış imtahanında sualların çətinlik səviyəsi hansı dərəcədə olub?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında sualların orta və çətin səviyədə olduğunu bildirib:

 

"İmtahanda 50.000-dən çox şagirdin iştirakı nəzərdə tutulub və növbəti imtahan 12 mart tarixində keçiriləcək. Bu, olduqca vacib imtahandır. Bu imtahanın nəticəsi ilə XI sinifdən kollecə, 5-ci ixtisas qrupuna qəbul olunmaq mümkündür. Eyni zamanda, bu imtahanın nəticəsi may ayında keçiriləcək (I-V) ixtisas qrupları üzrə qəbul imtahanında toplanan balın üzərinə əlavə olunacaq. Bu olduqca vacibdir".

 

K.Əsədov fənnlər üzrə sualların çətinlik səviyəsindən danışıb:

 

"Təhsil ximətləri araşdırma, təhlil mərkəzi olaraq, dünən sualları araşdırıb təhlil etdik. Fənnlər üzrə suallara baxdıqda görürük ki, riyaziyyat fənni üzrə təqdim olunan test tapşırığı buraxılış imtahanı səviyəsi üçün uyğun deyil. Sualların rəsmi olaraq, asan və orta çətin tərtibi nəzərdə tutulur. Buna baxmayaraq, belə olmayıb. Orada asan tipli sual yox idi. Daha çox orta və çətin tipli suallar təqdim olunub. Çətin tipli suallar kifayət qədər çox olub. Situasiya tipli suallar da çətin idi. Riyaziyyat fənnindən təqdim olunan test tapşırıqlarının müəyyən edilən vaxtda həllini yerinə yetirmək mümkün deyil. Azərbaycan dili fənnindən mətn tipli suallar olduğca çətin və geniş idi, cavablandırmaq uzun vaxt tələb edirdi. Buna baxmayaraq, qramatika sualları asan və sadə olub. Xarici dildən dinləmə mətni çətinlik törədib. Düzdür, imtahanların şəffaflığına hansısa bir şübhəm yoxdur. Amma bu imtahanlar buraxılış səviyəsi üçün deyil". 

 

Ekspert imtahan sualları arasında yanlış tərtib edilənlərin də olduğunu bildirib:

 

"83-cü sual düzgün qoyulmayıb. Birmənalı şəkildə həmin test taşırığı şagirdlərin xeyrinə hesablanmalıdır. Cavab olaraq misal üçün, "bu sualın cavabı yoxdur" sözü yaza bilməzlər. Çünki onlara həmin alternativ verilməyib. DİM-in test bankında bu tipli suallar var, amma deyə bilmərik ki, bu həmin sualdır. Bu həmin sual deyil. DİM-in test bankında bu tip suallar variantlı suallar idi və şagirdlər digər variantları cavab yerinə yazıb, yoxlaya bilirdilər. Burada isə açıq situasiya tipli sualdır və təhlilini yazmaq tələb olunur. Bu tip sualları cavablandırmaqdan ötrü şagirdlər 15-20 dəqiqə vaxt itirirlər. Yekunda bunun psixoloji təsiri var, vaxt itkisi var. Hətta bu tipli suallara görə əlavə bal verilməlidir. Nəticə etibarı ilə həmin sual bütün şagirdlərin xeyrinə götürülməlidir".