Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 10:25:00
“Həmin sual bütün şagirdlərin xeyirinə hesablanmalıdır” - Ekspert

05.03.2023 tarixində keçirilən buraxılış imtahanında riyyaziyyat fənni üzrə istifadə olunan 83 №li test tapşırığında yanlışlıq olduğu bildirilir.

 

 

AzEdu.az xəbər verir ki, sözügedən məsələyə təhsil eksperti Kamran Əsədov da reaksiya bildirib.

 

 

“DİM tərəfindən keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən təqdim edilən və şərti qüsurlu olan test tapşırığı əslində türkiyəli riyaziyyatçı Mustafa Yağcının kitabından götürülüb tərcümə olunmuş test tapşırığıdır. 

Əlbəttə ki, test tapşırığı qüsurludur. Şagirdlərin ciddi vaxt itkisinə səbəb olub. 

Testə cavab kimi: "heç bir qiymətində", "cavab yoxdur" kimi variantları qəbul etmək isə gülüncdür. 

 

DİM-in test bankında bu sual mövcuddur. Ancaq variantlı şəkildə verilib. İmtahanda istifadə olunan sual isə açıq tipli sualdır və abituriyentə variant verilməyib.

 

Birmənalı şəkildə, həmin sual bütün şagirdlərin xeyirinə doğru qəbul edilməlidir”.