Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 08:57:03
Alimlərin yaşadığı şəhərdə güclü ZƏLZƏLƏ

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

 

Zəlzələnin episentri adadan təxminən 700 kilometr qərbdə yerləşib.

 

Burada Avstraliya və Yeni Zelandiya alimləri yaşayır, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adasında subarktik tədqiqat stansiyası yerləşir.

 

Yeraltı təkanların ocağı10 kilometr dərinlikdə olub.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.