Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 12:13:06
Suriyada yenə zəlzələ oldu

Suriyada növbəti zəlzələ hadisəsi baş verib.

 

AzEdu.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, yeraltı təkan Palmiranın 56 kilometr şimal-qərbindəki Tedmurda qeydə alınıb.

 

Suriya Milli Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 09:25 radələrində olan zəlzələnin maqnitudası Rixter şkalası ilə 3.8 balla qiymətləndirilib. 

 

Zəlzələnin ocağı yerin 16 kilometr dərinliyində yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur.

 

Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətində yerləşən zəlzələ Suriyada da hiss edilmiş, böyük dağıntılara və insan tələfatına səbəb olmuşdu.