Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 10:48:00
Türkiyədə növbəti ZƏLZƏLƏ

Türkiyənin Düzce vilayətində zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Adapazarı rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib. Daha sonra Kahramanmaraşda 5 ballıq yeni yeraltı təkan olub.