Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 09:21:00
Zəlzələdə dağılan binalara görə 249 nəfər həbs edilib

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 791 nəfər şübhəli şəxs qismində saxlanılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

Onun sözlərinə görə, saxlanılan 251 nəfər məhkəmənin qərarı ilə azadlığa buraxılıb, 249 nəfər isə həbs olunub.

 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.