Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 16:25:00
“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

“Ədəbiyyat fənni üzrə V sinifdən XI sinifə qədər olan dərs proqramının qəbul imtahanında öz əksini tapacağını düşünürəm”

Bunu  AzEdu.az-a açıqlamasında akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilova deyib. Onun sözlərinə görə, bu yenilik abituriyentlərə hər hansı bir çətinlik yaratmayacaq:

“Ədəbiyyat fənni üzrə V sinifdən XI sinifə qədər olan dərs proqramı qəbul imtahanında öz əksini tapacağını düşünürəm. IX sinifə qədər şagirdlərin öyrəndikləri materiallar X-XI siniflərdə bir qədər genişləndirilir. X-XI sinifdə şagirdlər nəyi keçəcəksə, həmin mövzulara aşağı siniflərdə keçirilən dərslər də əlavə oluna bilər. Məsələn, qəbul imtahanına Hüseynin Cavidin yalnız “İblis” əsəri düşürdüsə, hazırda aşağı siniflərdə keçirilən əsərləri də  proqrama daxil edilə bilər. Faktiki olaraq aşağı siniflərdə ədəbi şəxsiyyətlərlə tanışlıq XI sinifdə genişləndirilir. Bu baxımdan abituriyentlərin çətinliyi olacağını zənn etmirəm”

Xatırladaq ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları