Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 14:35:00
Qəbul imtahanlarında iştirak məbləğinə GÜZƏŞT VAR

Ali məktəbələrə sənəd qəbulunun ilk mərhələsi martın 1-dən 15-dək həyata keçiriləcək. Bu mərhələdə cari ilin və əvvəlki illərin məzunu olmasından asılı olamayaraq bütün abituriyentlər öz ərizələrini Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq elekron səhifəsində təsdiqləməlidirlər.

 

Sənəd qəbulu üzrə ikinci mərhələ isə 2023-cü il aprelin 15-dən mayın 5-dək aparılacaq. Bu mərhələdə müsabiqəyə buraxılan abituriyentlər öz ixtisas qruplarını müəyyənləşdirəcək.  

 

AzEdu.az xəbər verir ki, müsabiqə ödənişli əsaslarla aparılır. Dövlət imtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə qeyd edib ki, bu il və əvvəlki illərdə hansısa imtahanda iştirak etməyən abituriyentlər üçün müsabiqə ödənişsizdir, lakin ikinci dəfə cəhd edənlər üçün imtahan haqqı var. 

 

X.Xanlarzadə onu da vurğulayıb ki, əvvəllər imtahan vermiş abituriyentlər (əvvəlki illərin məzunları) imtahanın birinci mərhələsi üçün 45 manat ödəməlidirlər. Lakin Nazirlər Kabinetinin qərarı ilə 25 manat güzəşt edilib. Beləliklə, həmin abituriyentlər 20 manat ödəniş etməklə öz ərizlərini təsdiq edə bilər.

 

Güzəştli kateqoriyaya gəldikdə isə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar hec bir ödəniş etmədən öz ərizələrini təsdiq edə bilərlər.