Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 13:40:00
Tanınmışlar AzEdu.az-ı belə TƏBRİK ETDİLƏR

Bu gün AzEdu.az təhsil portalının fəaliyyətə başlamasından 5 il ötür. Portal 2018-ci il mart ayının 1-dən bəri təhsil sahəsində baş verən yenilikləri, bu sektoru əhatə edən önəmli məsələləri, qanunvericiliyə dair vacib xəbərləri, problemləri işıqlandırır, oxucuların diqqətinə çatdırır.

 

Ötən dövr ərzində bizimlə əməkdaşlıq edən, suallarımızı cavablandıran təhsil qurumlarına, mütəxəssislərə və rəsmi şəxslərə minnətdarlığımızı bildiririk. Təhsilin inkişafı uğrunda addımladığımız bu yolda həmişə yanımızda olan oxucularımıza isə xüsusi olaraq təşəkkür edirik!

 

Bu gün AzEdu.az-ın redaksiyasına çoxlu təbrik mesajları, məktublar, telefon zəngləri daxil olub. Sıravi oxuculardan tutmuş tanınmış ekspert və rəsmilərə kimi hamı 5 yaşlı təhsil portalının təhsil sahəsindəki önəmli fəaliyyətindən bəhs edib. 

 

 Bəzi tanınmış simaların AzEdu.az-a ünvanladığı təbrikləri oxucularımızla da bölüşürük:

 

Açıklama yok.

Təhsil eksperti Nadir Israfilov
: “Saytın yaranmasına sevinən, ona ilk xeyir-dua verənlərdən biri mən olmuşam. Nə yadımdan çıxsa da, Azedu.az saytının yaranma günü yaddaşımdan heç vaxt silinməz. O vaxt sanki intuisiyam qabaqcadan mənə deyirdi ki, bu sayt qısa zaman kəsiyində təhsilimizə baxışa yeni rəng qatacaq, yanaşma tərzimizə yeni nəfəs gətirəcək, özünə isə geniş auditoriya qazanacaq, təhsilin və elmin tribunasına çevriləcək... Cəmi, 5 ilə belə nüfuz, belə uğur, belə tanınma, belə dəstək?!. Təhsildən və elmdən yazmaq, peşəkar fikir mübadiləsi aparmaq, kreativ düşüncə ortaya qoymaq üçün artıq dayanıqlı bir məkan var. AzEdu.az-ı izləmək, təhsildə baş verənlərdən xəbərdar olmaq deməkdir... 

O da xüsusi olaraq vurğulanmalıdır ki, AzEdu.az-da püxtələşən bir çox əməkdaşlar hazırda digər saytlarda uğurla fəaliyyət göstərirlər, onların yerini isə gənclərdən ibarət yeni axın əvəz edir.

Gün o gün olsun ki, AzEdu az-ın 10 illiyini, 20 illiyini... qeyd edək. Təşəbbüskar və yaradıcı kollektivı səmimi təbrik etmək, yeniliklərə və çağırışlara açıq olan gənc komandaya yeni-yeni uğurlar arzulamaq boynumuzun borcudur...". 

 
Açıklama yok.

Deputat Etibar Əliyev
: "Düşünürəm ki, bütün sahələr üzrə mətbuata böyük ehtiyac var. Əvvəllər təhsil sahəsində informasiya təmitanı ilə bağlı boşluqlar görürdüm. Təhsil xəbərlərinin düzgün və operativ şəkildə çatdırılmasını təmin edən sayta ehtiyac var idi. Hesab edirəm ki, AzEdu.az təhsil portalı bu boşluğu doldurdu. Bunu qətiyyətlə, xüsusi inamla vurğulayıram. Hər zaman AzEdu.az-ın daimi izləyicilərindən biri olmuşam. AzEdu-nun tərəfsiz, qərəzsiz, Azərbaycan təhsilinin inkişafına xidmət edə biləcək yeganə sayt olduğunu düşünürəm. Həm təhsil sahəsində mütəxəssis, həm də deputat olaraq müşahidə etmişəm ki, saytınız bu sahədə fəaliyyət göstərən şəxsləri diqqətdə saxlayır. Bu da müasir mətbuat üçün olduqca önəmli məsələdir".

 


Açıklama yok.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarov
: ”Kollektivi təbrik edirəm. Yorulmayasınız. Sizinlə işləmək xoşdur”. 

 

Açıklama yok.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov: "AzEdu.az-ı təbrik edirəm. Təhsil sahəsindəki  maarifləndirmə işində komandanıza uğurlar arzulayıram".

 

Açıklama yok.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov
: ”AzEdu.az-ı təbrik edirəm, uğurlarınız bol olsun, biz də qarşılıqlı əməkdaşlıqdan məmnunuq”. 

 

Açıklama yok.

Təhsil eksperti
 Elçin Əfəndi: “Azedu.az komandasını təbrik edir və uğurlar arzulayıram. 5 il necə sürətlə keçibsə, fərqində belə olmamışıq. Azedu.az-ın mətbuat sektorunda möhkəmlənməsi üçün saytın rəhbərliyinin çox iş gördüyü qənaətindəyəm. Yadımdadı hələ o zaman keçirilən qəbul imtahanlarında etalon cavabların dərhal elan olunmasını Azedu.az etdi. Keçən 5 il ərzində həm müəllimlərin, həm də şagirdlərin demək mətbuat səsi olmaqla yanaşı, bu sahədəki problemlərin həllinə təkan vermisiniz. 5 yaşınız mübarək”.

 
Kamran Əsədov "2 həftə sonra tədris dayandırılacaq” xəbəri ilə bağlı  AÇIQLAMA VERDİ

Təhsil eksperti Kamran Əsədov: 
“Azedu.az saytını 5 yaşı münasibətilə ürəkdən təbrik edirəm.

Əslində 5 yaşı olan məktəbə gedə bilər. Amma Azedu.az hələ anadan olandan özü bir məktəbdir.

Bu platforma təhsil cameəsi üçün ilk ən böyük platforma olub.

5 il ərzində Azedu.az böyük layihələr həyata keçirib. Hətta 5 yaşlı uşaqlar kitab oxumağı bilməsə də, Azedu.az büyük təhsil oxucuları üçün kitablar nəşr edib.

Yubileyiniz  münasibətilə ürəkdən təbrik edirəm və ən xoş arzularımı çatdırıram”.