Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 12:27:00
Ekspert sınaq imtahanlarının nəticələrindən DANIŞDI

Dünən ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilən sınaq imtahanının nəticələri elan edildi.

Maraqlıdır, nəticələr hansı fikirlər irəli sürməyə əsas verir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, I qrup üzrə riyaziyyat sualında şagirdlər çətinlik yaşayıblar:

 

“Ümumi statistika baxımından nəticələr elan olunmazdan da qabaq biz sorğu keçirmişdik və əsasən I və IV qruplar üzrə nəticələr II və III qruplara nisbətən daha yaxşı idi. Dünən açıqlanan statistikalardan sonra da bu özünü doğrultdu. Bu isə onu deməyə imkan verir ki, blok və qəbul imtahanında da ən yaxşı nəticələr yenə I və IV qrup üzrə olacaq. Sualların çətinlik səviyyəsinə gəldikdə isə həm mövzu, həm də sual formatı baxımından Dövlət İmtahan Mərkəzinin vahid sisteminə əsaslanaraq normal qaydada idi. Sadəcə, abituriyentlərə çətinlik törədən məqam riyaziyyatda açıq suallarda isbat olması idi. Yəqin ki, şagirdlər artıq qəbul imtahanına qədər həmin tipli suallarla işləyəcəklər və o da bir növ vərdiş halı alacaq. Ümumi götürsək, sınaq imtahanın keçirilməsi, abituriyentlər arasında rəqabət olması builki müsabiqənin gərgin keçəcəyi anlamını verir. Bu il plan yerində də artım nəzərdə tutulur və düşünürəm ki, subbakalavrların bu il ötən illərə nisbətən qəbul imkanı daha yaxşı ola bilər”.