Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 09:16:49
Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Tut rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 6.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Dünən Malatyada 5.6 ballıq daha bir zəlzələ baş verib.