Azedu.az

Bu universitetin 22 tələbəsi Avropada təhsil alacaq

1 Mart 2023, 09:13
Bu universitetin 22 tələbəsi Avropada təhsil alacaq

Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alacaq və təcrübə keçəcək bir qrup tələbə ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, cari il ADAU-nun 22 tələbəsi Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində həm təhsil almaq həmdə təcrübə keçmək imkanı əldə edəcəklər. Bildirilib ki, xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dil biliklərini daha da təkmilləşdirməkdir. Z.Qurbanov xaricdə təhsil alan hər bir tələbənin ölkənin təmsilçisi olduğunu diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib.

Sonra xaricdə təhsil alacaq tələbələrin valideynləri ilə onlayn görüş təşkil olunub. Bildirilib ki, tələbələr xaricdə təhsil aldığı müddətdə həm universitetin həmdə ailələrinin etimadını layiqincə doğruldacaqlar.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox