Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 14:33:50
İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

Şagirdlər və tələbələr kimi, müəllimlər də imtahanlara hazırlaşırlar. İstər müəllimlərin işə qəbulu olsun, istərsə də sertifikasiya imtahanı,  onlar da ən azı şagirdlər və tələbələr qədər stress yaşayır. Çünki onların da üzərində həddindən artıq məsuliyyət var. İmtahan dönəmində müəllimlərin psixologiyasını da düşünmək, onlara psixoloji olaraq çətinliyin öhdəsindən gəlməyə yardım göstərmək vacibdir. 

 

Müəllimlik olduqca çətin və qayğı tələb edən peşədir. Nə olursa olsun, hər gün üzündə gülüş ifadəsi ilə dərsə başlamalı, qayğısını şagirdlərinin üzərindən əskik etməməlidir. Ancaq onların da müəyyən məsuliyyəti var. 


Müəllimlər də şagirdlər və tələbələr kimi imtahana hazırlaşırlar. Dəfələrlə bu yolu keçmiş olsalar da, həmin dönəmdə stress və gərginlik yaşayırlar. Normal olaraq bu, onların psixologiyasına və həyat tərzinə təsir göstərir. Nəzərə alsaq ki, onlar həm ailə qayğısı çəkir, həm iş prosesini həyata keçirir, şagirdlərlə çalışır, həm də imtahana hazırlaşırlar, onda yükün nə qədər ağır olduğunu anlamalıyıq. 


Bu səbəbdən də müəllimlər öz üzərlərindəki stressi azaltmağa çalışmalıdırlar. 


Belə məqamda onların ailələrinin dəstəyi çox önəmlidir. Ailə faktorunun bir insanın həyatında olduqca böyük önəm daşıdığı hər kəsə məlumdur. Bu dönəmdə ən böyük dəstəyi və yardımı ailə təmin etməlidir. Müəllimlərin ev daxilində üzərinə düşən işlərin yükünü azaltmaqla onlara dəstək olmaq mümkündür. İmtahana hazırlaşa biləcəyi, diqqətini yayındırmayan şərait yaratmaqla həm də onların daha məhsuldar çalışmasına yardım edə bilərsiniz.  

 

Ətrafdakılardan başqa, imtahana hazırlaşan müəllimə ən böyük dəstəyi məhz özündən ola bilər. Məsuliyyəti dərk edib, necə bir yolla gedəcəyini planlamalıdır. Stress, gərginlik insanı geri salacaq amillərdir. Mümkün qədər öz üzərlərində olan hakimiyyəti itirməməli, stressə təslim olmamalıdırlar.

İşlərimini planlamalıdırlar. Sistemli şəkildə hazırlaşmaq daha az yorulmağa səbəb olar. Günün hər saatını hansı işi görəcəyinə əsasən planlamalıdır. 

 

Mümkün qədər açıq havada olmağa çalışın. Fikrinizi yayındıracaq və vaxtınızı aparacaq məşğuliyyətləri həyatınızdan çıxarın. Ən azı, bir müddətlik bütün adaptasiyanız bir nöqtədə toplanmalıdır.