Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 09:03:47
Müəllimlərin sertifikatlaşdırılması - 1 ay öncədən xəbərdarlıq olacaq

2023-cü il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnindən ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb olunacaqlar.

AzEdu.az xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndəriləcək.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə bu il ümumilikdə 35 min müəllimin sertifikasiya prosesinə cəlb olunacağını qeyd edib. O bildirib ki, ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib.