Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 12:50:00
Buraxılış imtahanı yaxınlaşır - Psixoloqdan vacib tövsiyə

Buraxılış imtahanına sayılı günlər qalıb. Bu müddət azaldıqca təbii olaraq, abituriyentlər arasında gərginlik də artmağa davam edir. Bu baxımdan imtahan tarixi abituriyent üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da bir çox gənclərin həyatı üçün önəmli mərhələdir. Buna görə də imtahana mümkün qədər savadlı getmək, psixoloji və fiziki cəhətdən hazır olmaq lazımdır.

 

Bəs bu zaman valideyn və müəllimlər şagirdlərə necə dəstək olmalıdır?

 

AzEdu.az mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahinin valideyn və müəllimlərə tövsiyələrini təqdim edir:

 

"Bu dönəmdə şagirdlərdə imtahan stressinin psixoloji baxımdan hansı səbəblərdən olması barədə çox suallar verilir. Bəzən ailə daxilində onlara psixoloji təzyiqlər olunur, "qazanmalısan", "yüksək bal toplamalısan" kimi ifadələr işlədilir ki, bu da onların psixologiyasına çox böyük mənfi təsir edir. Valideynlər övladlarını məcburi şəkildə öz istədiyi peşəyə yönləndirməyə çalışır. Şagird məcburi səbəbdən, özü də istəmədən, motivasiyası olmadığı bir peşəyə uyğun hazırlıq kurslarına gedir. Psixoloq kimi onlardan rəy alanda, özlərini o səhədə görmədiyinin açıqca şahidi oluruq. Bu, onların gələcək xarkterlərinə və seçdiyi peşədə uğur qazanmasına təsir göstərir".

 

Psixoloq imtahan öncəsi şagirdlərin etdiyi səhvlərdən də söz açıb:

 

"Bundan əlavə, özünə zərər vermə, depresiya, aşırı dozda dərman qəbulu şagirdlər arasında müşahidə olunur. Onlar imtahanda uğur qazanmayacaqlarını düşünüb, bu addımı atırlar. Ya ailədə bir problem yaranır, belə olur ki, müəllimlər də onlara həddindən artıq basqı göstərir. Bu da şagirddə özgüvən probleminə və aşırı gərginliyə səbəb olur.

Ümumilikdə şagirdin imtahana daha həvəslə getməsi üçün onlara çox motivasiya verən lazımdır. Onun özünü ifadə edə bilməsi üçün şərait yaradılmalıdır ki, istədiyi ixtisasa yönələ bilsin. Çünki, o uzun müddət bu sahədə çalışacaq".

 

"Hər zaman valideynlərə bildiririk ki, özünüzün yiyələnə birlmədiyiniz ixtisasa övladınız oxusun deyə onları məcbur etməyin", - deyə o bildirib.