Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 11:16:00
Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.

 

Bildirilib ki, vilayətin Ekinözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.