Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 11:37:00
“Heç bir məqsədə asanlıqla çatmaq mümkün deyil” – “Brend tələbə”nin MÜSAHİBƏSİ

AzEdu.az Təhsil Portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Şərtlərə əsasən, hər universitet tərəfindən təklif olunan 10 tələbə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir.

 

AzEdu.az Bakı Mühəndislik Universitetində “Brend tələbə” seçilmiş Günsel Bağırzadə ilə müsahibəni təqdim edir. O, hazırda ali məktəbin III kursunda təhsil alır:

 

- “Brend tələbə” seçilmək sizə hansı üstünlüklər qazandırdı?


- "Brend tələbə" seçilmək mənə işlərimdə daha uğurlu olmağı motivə etdi və özgüvənimi daha da artırdı. 


- Bu seçim ailənizin və dostlarınızın arasında necə qarşılandı?

 

- Bunu ətrafımla bölüşəndə çox sevindilər. Əslində nailiyyətimin bir qisminin də onların mənə dəstəyinin nəticəsində olduğunu deyə bilərəm.

 

- Orta məktəbdə oxuyarkən digər şagirdlərdən hansı xüsusiyyətlərinizlə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?

 

- Orta məktəbi nümunəvi şagird kimi bitirmişəm. Bu da az öncə dediyim kimi ailəmin, hətta müəllimlərimin dəstəyi ilə olub. Oxumağı və daim mütaliə etməyi sevirəm.

 

- Universitet dərslərindən sonra boş vaxtlarınızı necə dəyərləndirirsiniz, hansısa maraqlı məşğuliyyətləriniz və ya hobbiniz varmı?

 

- Dərslərdən sonra bir çox məşğuliyyətim var. Buna kitab oxumaq, musiqi dinləmək, dostlarımla birgə voleybol oynamağı aid edə bilərəm. Həmçinin ixtisasımla əlaqəsiz olmasına baxmayaraq "veb programming"ə xüsusi marağım var. Bu sahədə də özümü ayrıca inkişaf etdirməyə çalışıram. 

- Universitetinizin nüfuzunu yüksəldə biləcək hansı ideyaları irəli sürmüsünüz, bunlardan hansılar real olub?

 

- Universitetin nüfuzunu artıran bütün tələbələr, məsuliyyətlə, öz sahəsi üzrə çalışmaqdadır. Düşünürəm ki, bizim bu cür təhsildə yüksəlişimiz, təhsil aldığımız ixtisası yüksək şəkildə dəyərləndirməyimiz, universitetin nüfuzunu daim yüksəldir.

 

- "Brend tələbə" meyarların ən azı 70%-nə sahibsiniz. Bu qədər aktiv tələbə olmaq sizi yorurmu?

 

- Yormur, əksinə, bu mənə özgüvən verir. Qarşımdaki məqsədlərə daha düzgün və daha inamlı şəkildə çatmağa şərait yaradır.

 

- Gələcək karyeranız üçün hədəfləriniz nələrdir?

 

- Gələcək karyeram üçün əsas hədəfim, ixtisım üzrə peşəkar mütəxəsis olmaqdır. Və təkcə bu sahədə deyil, yuxarıda bəhs etdiyim sahədə də müəyyən bilik və təcrübələr qazanmaqdır. 


- Digər tələbələri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz? 


- Öz xəyallarınıza çatmaq heç də asan olmayacaq. Ora çatmaq üçün çox çətinliklərdən keçməli olacaqsınız. Əsas məsələ, bu uzun və çətin yolda inamınızı itirməmək və həvəsdən düşməmənizdir. Bəzən uğursuzluqlar olanda belə buna normal reaksiya verib, yenidən cəhd etmək lazımdır. Heç bir məqsədə asanlıqla çata bilməyəcəyinizi hər zaman bilin və məqsədinizdən asanlıqla vaz keçməyin.