Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-25 08:25:00
Türkiyənin daha bir bölgəsində zəlzələ oldu

Türkiyənin Bingöl şəhərində 4.4 bal gücündə daha bir zəlzələ olub.

 

AzEdu.az xəbər verir ki, bu badədə AFAD məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ ocağı 14 kilometr dərinlikdə olub.

 

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.