Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 16:39:00
Balaca məktəblilərin uğur və sağlamlıq sirri – Onları bu cür qidalandırın!

Bu gündən yeni dərs ili başlayıb. Uşaqların məktəb ehtiyaclarını təmin etməklə yanaşı, onların bu rejimə hazırlamaq da böyük əhəmiyyət daşıyır. Pediatrlar və dietoloqlar məktəbə gedən uşaqların qidalanma rejimi vəçantalarında lazım olanlar haqqında məlumatları veriblər.

AzEdu.az düzgün qidalanma üçün menyunu təqdim edir:

Düzgün qidalanmaq zehni açır

Sağlam və nizamlı qidalanma, uşaqların inkişafları və böyümələri üçün çox vacibdir. Həmçinin, düzgün qidalanma inkişafla yanaşı, məktəb uğuru üçün də böyük əhəmiyyət daşıyır. Sağlam qidalanmanın təməli isə səhər yeməyidir. Bu səbəblə uşaqlara, xüsusilə məktəb çağında mütləq səhər yemək vərdişini aşılamaq lazımdır. Çünki bədən inkişafı üçün lazım olan bütün qida mənbələri səhər yeməyində qarşılanır. Uşaqlar səhər yeməyində  süd içməlidir. Ancaq bəzi uşaqlar süd içməyi xoşlamır. Belə hallarda südün içinə bal, doşab, ya da kakao qataraq onları içməyə maraqlandıra bilərsiniz.

Uşaq səhər yeməyinin əsası pendir və yumurtadır

Çörək, pendir və yumurta uşaq səhər yeməyinin ən mühüm mənbəyidir. Bu qidaları sevə-sevə yeməsi üçün xüsusi buterburod növləri hazırlanmalıdır. Son dövrdə uşaqların yemək seçimləri arasına südlü qarışıqlar da əlavə olunub. Valideynlər belə qidaların seçimində tərkibində çox şəkər olmayan, həmçinin tam taxıl məhsulu olmasına diqqət etməlidirlər.

 Uşaqlara dərs aralarında yemək vərdişiaşılanmalıdır

Görülən işlər nəticəsində, düzgün qidalanan uşaqların zehni çıxışlarının başqalarına nisbətən daha üstün olduğu aşkar edilib. Bu səbəblə uşaqlara dərs aralarında yemək vərdişi aşılanmalı, bu aralarda şokolad, biskvit kimi qidalar əvəzinə badam, qoz, fındıq kimi vitamin və mineral baxımından zəngin qidalar verilməlidir. Çünki məktəb dövrü uşaqların fiziki fəallıqlarının ən sıx olduğu prosesdir. Bu qidalar də uşaqların ehtiyac duyduqları enerjini təmin edir.

Uşağa yedirtmək istədiyi qidanı valideynlər də yeməlidir

Uşaqları qidalanma vərdişləri mövzusunda istiqamətləndirmək asandır, amma bu, bir az zaman ala bilər. Uşaqları bu məsələdə istiqamətləndirərkən ana- atanın uşağa model olması xeyli əhəmiyyət daşıyır. Bir yeməyin yalnız uşağın yeməsini gözləmək düzgün bir mövqe deyil, çünki uşaq özünə təklif edilən qidaları ana –atasının da yediyini görmək istəyir. Hər hansı qidanı uşağa yedirtmək üçün onu buna məcbur etmək deyil, qidaların gətirəcəyi faydalar haqqında məlumat verməyiniz məsləhətdir. Bu mövqe sayəsində uşaq özünü təzyiq altında hiss etməyəcək. Həmçinin uşağın ehtiyac duyduğu vitamini ala bilməsi üçün həftədə ən azı 2-3 növ tərəvəz, 3-4 növ də meyvə yeməsi lazımdır.

Düzgün qidalanma akademik uğuru artırır

Uşaqların qida ehtiyaclarının düzgün şəkildə ödənilməsi fiziki inkişafları ilə yanaşı, akademik uğurları üçün də lazımdır. Bu səbəblə məktəb çağına çatmış uşaqların mütləq qoz, badam, fındıq kimi yağlı qidalar yeməsi lazımdır. Bu qida elementləri uşaqların məktəb uğurunu artıracağı kimi gün ərzində ehtiyacları olan enerjini dəqarşılayır. Həmçinin balıq mövsümündə həftədə 1 və ya 2 dəfə balıq, yanında da bol salat yeyilməlidir.

I qidalanma çantası menyusu

Buğdadan hazırlanmış çörəklə, tərəvəzli, toyuqlu sendviç, ayran, keks.

II qidalanma çantası menyusu

Şokoladlı krep, süd, meyvə.

III qidalanma çantası menyusu

Pendirli tost və ya sendviç, ayran, salat, quru meyvə qarışığı.

IVqidalanma çantası menyusu

2-3 dilim piroq (pendirli və ya tərəvəzli ola bilər), evdə hazırlanmış az şəkərli meyvə kompotu, pudinq kimi südlü bir desert.

Vqidalanma çantası menyusu

Ton balığı, göyərtilərlə hazırlanmış bir sendviç, təzə sıxılmış meyvə suyu, peçenye