Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 15:38:00
Hazırlıq qrupları nə vaxt açılacaq?-Deputat: “Çox böyük ehtiyac var”      

"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub. 

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 

14 iyun 2017-ci ildə Prezident İlham Əliyev bu məsələ ilə bağlı “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

AzEdu.az xəbərinə görə,, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə  Modern.az-a bildirib ki, universitetlərin nəzdində hazırlıq qruplarının açılması Təhsil Nazirliyinin öhdəliyindədir.

“Ümid edirəm ki, Təhsil Nazirliyi bununla bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Buna çox böyük ehtiyac var. Gələn il məktəbi bitirən məzunlar bilməlidirlər ki, onlar hazırlıq qruplarında oxuduqdan  sonra ali təhsil ala biləcəklər”. 

Deputat həmçinin qeyd edib ki, hazırlıq qruplarında təhsil alan oğlanlara həqiqi hərbi xidmətə yollanmamaq üçün möhlət hüququ veriləcək:

“Əgər hazırlıq qruplarında təhsil alan şəxs ali məktəbə daxil olmasa, onun möhlət hüququ avtomatik olaraq ləğv ediləcək. Və həmin şəxs həqiqi hərbi xidmətə çağırılacaq”.