Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 09:09:00
"Hədəfim diplomat olmaqdır" - "Brend tələbə" ilə MÜSAHİBƏ  

Azedu.az təhsil portalı universitetlərlə birgə “Brend tələbə”lərin siyahısını tərtib edib. Burada əsas məqsəd tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını abituriyentlərə çatdırmaqdır

 

Saytımızda həmin tələbələrlə silsilə müsahibələrə davam edirik.

Budəfəki həmsöhbətimiz Azərbaycan Dillər Universitetinin  (ADU) “Brend tələbə”si Məmməd Əhmədlidir:

 

 

- Sizin fikrinizcə, “Brend tələbə” necə olmalıdır ?

 

- “Brend tələbə” ilk növbədə dərslərinə mükəmməl səviyyədə çalışmalı, universitetin ictimai həyatında mühüm rol oynamalıdır. “Brend tələbə” olmaq üçün bunlar mühüm şərtlərdir.

 

- Sizin “Brend tələbə” seçilməyinizə müəllimlərinizin reaksiyası necə oldu?

- Bu layihədə uğur qazananda təbii ki, müəllimlərim də çox sevindilər. Onlar məni təbrik edib, gələcək fəaliyyətimdə uğurlar arzuladılar. Ümumiyyətlə, belə bir layihənin olması çox doğrudur ki, bu, digər tələbələrə həm dərsləri yaxşı oxumaq baxımından, həm də aktiv fəaliyyətdən geri qalmamaq üçün stimul olacaq, onları xeyli həvəsləndirəcək. Ümumiyyətlə, “Brend tələbə” seçilməkdə müəllimlərimizin də rolu böyükdür. Onlar bizə daim doğru yolu göstərdiyinə görə, bu nailiyyətlərə çatmışıq.

 

- Bu qədər istedadlı tələbə olmağı nəyə və kimə  borclusunuz?

- İsedadlı tələbə olmağımı təbii ki, öncə ailəmə borcluyam. Valideynlərim hər zaman mənim təhsilimə dəstək olurlar. Bundan əlavə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev başda olmaqla müəllimlərimə böyük minnətdarlığımı bildirirəm ki, onlar bizim uğur əldə etməmiz üçün mühüm addımlar atırlar.

 Açıklama yok.

 

-Könüllü fəaliyyətlərinizdə ən çox yadda qalan hadisə nə olub?


- Mən bir çox könüllü təşkilatlarda fəaliyyət göstərmişəm. "Asan xidmət", "Bir könüllü" və s. Hazırda isə universitetimizin daxilində yaradılan “Gənc diplomatlar qurumu”nun sədr müaviniyəm. Ümumiyyətlə, könüllü fəaliyyətlərimdə ən çox yadda qalan hadisə Xarici İşlər Nazirliyinin könüllüsü olaraq Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Naxçıvana səfər etməyimizdir. Orada xarici işlər naziri Ceyhun Bayramov və əməkdaşları ilə birlikdə olmuşduq. Və onlarla bərabər Şuşa səfərinə də getmişdik. Biz Şuşada qaldıq, ora ilk gedənlərdən biri də biz olduq. Bu mənim üçün çox maraqlı və yaddaqalan hadisə olmuşdu.

  

- Gələcəkdə daha hansı uğurlara nail olmaq istəyərdiniz, ümumiyyətlə hədəfiniz nədir ?


- Gələcəkdə diplomatiya sahəsində fəaliyyət üçün hazırlaşıram. Ən böyük hədəfim və arzum Azərbaycanı siyası arenada təmsil edə biləcək bir diplomat olmaqdır. Bunun üçün əlimdən gələni etməyə çalışıram. Uğurlar biz çalışdıqca əldə olunur. Ona görə də, öz üzərimizdə düzgün işləməliyik.

 

- ”Brend” olmaq üçün tələbələr nə etməlidir ?

 

- Qeyd etdiyim kimi, “Brend tələbə” olmaq üçün ilk növbədə dərslərə mükəmməl şəkildə çalışmalı, universitetin ictimai həyatında aktiv şəkildə fəaliyyətdə olmalısan. Bizim universitetdə “Səfir saatı” adlanan bir proqram mövcuddur. Burada səfirlər universitetimizə təşrif buyururlar, biz onları qarşılayır və qarşılıqlı söhbətlərdə oluruq. Bu söhbətlərdən çox şey öyrənirik və təəssüratımız gələcək fəaliyyətlərimizdə də mühüm rol oynayır.
Sözüm ondadır ki, tələbələr universitetin verdiyi imkanlardan düzgün şəkildə istifadə etsinlər. Həmçinin, heç vaxt məqsəddən vaz keçməsinlər. Uğur əldə etmək üçün sonuna qədər mübarizə aparmaq lazımdır və heç bir çətinlik bizim qarşımızı ala bilməz. İnsanlar müxtəlif bəhanələrə sığınaraq, olduqları pozisiyadan şikəyətlənməməlidir. Hər şey insanın öz əlindədir.


Açıklama yok.