Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 15:23:00
Albert Eynşteynin uşaqlara müraciəti

Alman nəzəriyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı  Albert Eynşteyn dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının üzvü olub. O, dərin fəaliyyəti dövründə azyaşlıları da yaddan çıxarmayıb.

AzEdu.az Albert Eynşteyn uşaqlara müraciətini təqdim edir:

«Əziz uşaqalar!

Sizi - çiçəklənməkdə olan, günəşli ölkənin xoşbəxt gəncliyini qarşımda gördüyüm üçün çox şadam.

Unutmayın ki, məktəbdə öyrəndiyiniz bütün möcüzəli biliklər çoxsaylı nəsillərin əməyinin, böyük zəhmətinin bəhrəsi və dünya ölkələri əhalisinin tükənməz səylərinin nəticəsidir. Bu biliklərin hamısı sizə miras kimi təqdim olunur ki, siz bu sərvəti qəbul edib onun qədrini biləsiniz, ona öz töhfənizi verərək artıra və nə vaxtsa öz övladlarınıza əminliklə ötürə biləsiniz. Ölməyə məhkum olan bizlər belə əbədi bilikərə imza atmaqla ölməzliyə qovuşacağıq.

Əgər bunları heç bir zaman yaddan çıxarmasanız, həyatın və insan əməyinin mənasını başa düşəcək, digər xalq və nəsillərə düzgün şəkildə yanaşmağı öyrənəcəksiniz.

Müəllimin əsas məharəti biliklərin və yaradıcı əməyin dərk edilməsinin sevincini şagirdinə yaşatmaqdır”. (Tərcümə E. Əliyevindir)