Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 09:16:34
Türkiyədə zəlzələ bu qədər uşağı kimsəsiz qoydu - STATİSTİKA

Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

 

Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Nazirlik müalicə prosesisinə nəzarət edir.

 

Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub. Azyaşlılardan 106-nın şəxsiyyəti naməlumdur.

 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Zəlzələ nəticəsində 43 556 nəfər ölüb.

 

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

 

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

 

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.