Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 18:00:00
Biologiya fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərsləri davam edir

Biologiya fənnindən yuxarı və aşağı yaş qrupları üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri uğurla davam edir. Dərslər həm onlayn, həm də ənənəvi üsulla tədris olunur.

 

AzEdu.az xəbər verir ki, 19 fevral 2023-cü il tarixində biologiya fənnindən 3-cü sınaq imtahanı keçirilib. İmtahan nəticələrinə əsasən qrupların komplektləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq.

 

Qeyd edək ki, hazırlıq dərslərinə aşağı yaş qrupu üzrə əvvəlki tədris ilində Respublika Fənn Müsabiqəsinin və Respublika Fənn Olimpiadalarının biologiya fənninin qalibləri, əvvəlki illərdə biologiya fənninin hazırlıq dərsləri komandasının şagirdləri, eyni zamanda seçmə imtahanından uğurlu nəticə göstərən Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanan şagirdlər dəvət olunublar.