Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 15:58:00
700 bal toplayan tələbə: “Nəticəmdən narazıyam” - Ölkə ikincisi ilə MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya keçirdiyi qəbul imtahanında Bakı Ali Neft Məktəbinin tələbəsi Vasif Əsədov 97 bal toplayaraq, ölkə 2-cisi olub. 

 

AzEdu.az saytının əməkdaşı Vasif Əsədovla söhbətləşib və ondan yüksək nəticəyə nail olmağın əsas şərtlərini öyrənib. Tələbənin təəssüratlarını təqdim edirik:

 

- İmtahandan çıxandan sonra nələr düşünürdünüz?

- İmtahandan sonra sualların çoxunu düzgün cavalandırdığımdan əmin idim. Bir neçə sualdan şübhəli qalsam da, nəticəmin yüksək olacağını bilirdim. Keçən illərə nisbətən məntiq və informatika sualları asan, ingilis dili xeyli çətin idi. Amma ümumi olaraq imtahan sualları elə də çətin tərtib olunmamışdı, buna görə təxmini balım 99 olar deyə, düşünürdüm.

 

- Siz 5 il öncə ali məktəbin bakalavriat pilləsinə qəbul zamanı 700 bal toplamışdınız. Bəs magistratura imtahanından göstərdiyiniz nəticə sizi qane etdimi?

 

- Təbii ki, bu nəticə məni qane etmədi. Ona görə də magistraturaya qəbulun 2-ci cəhd imtahanında iştirak etməyi düşünürəm. Məqsədim maksimum balı toplamağa çalışmaqdır.

 

- 97 bal da əla nəticə sayıla bilər. Yüksək nəticəyə görə kimə borclusunuz?

- Vaxtımı düzgün planlaşdırmağa çalışdım və sosial şəbəkələrdən, internetdən xeyli uzaqlaşdım. Uğurumun böyük bir qismini hazırlaşdığım kursun müəllimlərinə borcluyam. Onlar heç yorulmadan gecə-gündüz bizimlə məşğul olurdular. Sözsüz ki, özüm də imtahana ciddi yanaşaraq, var gücümlə oxumağa çalışdım.

 

Açıklama yok.

 

- Magistratura təhsilinizi burada, yoxsa xaricdə almaq istəyirsiniz?

 

- Təhsilimi xaricdə davam etməyi planlaşdırıram. Daha çox Türkiyəyə getməyi və İstanbul Texniki Universitetində təhsil almağı düşünürəm.

 

- Gələcək karyeranız barədə nə fikirləşirsiniz?

- Hazırda Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbəsiyəm və praktikadayıq. İxtisasım isə proseslərin avtomatlaşdırılması mühəndisliyidir. Gələcəkdə kompüter elmləri sahəsində ixtisaslaşmaq istəyirəm. Marağım daha çox bu istiqamətdədir. Bu sahə ixtisasım ilə bənzər olsa da, tamamilə eyni deyil.

 

- Magistraturaya 2 cəhd imtahanında digər tələbələrin də yüksək nəticə göstəməsi üçün nə tövsiyə edərdiniz?

 

- İmtahana mütləq şəkildə sistemli hazırlaşmaq lazımdır. Ən vacib məqam isə ruhdan düşməmək və mübarizə aparmaqdır. Bəzən sınaqlardan az bal toplayanda motivasiyadan düşürdüm, amma vaz keçmədən yenidən bütün imkanlarımla hazırlaşmağa başlayırdım. Bu isə yüksək nəticə göstəməyimin əsas səbəbidir.