Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 14:53:24
“Bilik günü” AzMİU-da qeyd olundu - FOTO

Sentyabrın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Milli Məclisin komitə sədri, professor Aqiyə Naxçıvanlı, Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, Embawood şirkətinin prezidenti Elşad Abbasov, TİKA-nın Bakı ofisinin rəhbəri Teoman Tiryaki və universitetin professor-müəllim heyəti iştirak edib. 
Azərbaycan Respublikasının dövlət himniylə açılan tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib. 
Professor-müəllim , tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edən rektor ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb. Rektor bu ilki qəbul prosesinə toxunaraq yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib.

O qeyd edib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ali təhsilin bakalavriat səviyyəsində 8 fakültəsinə 26 ixtisas üzrə 1840 plan yeri ayrılıb. Bu yer üzrə 1709 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb. “Onlardan 458 nəfəri dövlət sifarişi, 1251 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Göründüyü kimi, bu il AzMİU-nu seçən abituriyentərin sayı keçən illərlə müqayisədə daha da artıb. Bu il universitetə qəbul planı 93 % yerinə yetirilib. Fərəh Talışinskaya 666 balla Memarlıq fakültəsinin rus dilli qrupuna, Cəbrayıl Orucov isə 626 balla Memarlıq fakültəsinin ingilis dilli qrupuna daxil olub. 500 baldan yüksək yığan 42 nəfər də AzMİU-nu seçib. Bütün bunlar bir daha təsdiqləyir ki, Universitetdə bütün ixtisaslara daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan 253 bakalavr magistr adını qazanıb. 
Rektorun geniş və əhatəli çıxışından sonra söz qonaqlara verilib, Onlar da yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib, təhsillərində uğurlar diləyiblər. 
Bu il birinci kursa qəbul olunan tələbələr də tədbirdə çıxış ediblər, qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. 
Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub, onlarla xatirə şəkli çəkilib.