Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 14:26:00
Sinif rəhbəri hansı hallarda vəzifəsindən imtina edə bilər?

Hazırda bir çox müəllim sinif rəhbəri vəzifəsinə görə ayrılan məbləğin az və bunun əksinə olaraq onun üzərinə düşən işlərin həddindən artıq çox olması ilə əlaqəli bu vəzifəni icra etməkdən imtina edir. Təkcə bu deyil, bir sıra başqa səbəblərdən də sinif rəhbəri vəzifəsindən imtina etmək mümkündür.

 

AzEdu.az -a açıqlama verən məktəb direktoru Nemət Rüstəmli müəlimlərin suallarına cavab olaraq sözügedən vəzifədən hansı hallarda imtina etməyin mümkün olduğuna və bunun üçün hansı səbəblərin keçərli olması məsələsinə aydınlıq gətirib. 

 

Müəllim 2 halda sinif rəhbəri vəzifəsini icra etməyi dayandırır:

 

  1. Öz şəxsi iradəsi ilə müəyyən səbəblərdən imtina ilə bağlı rəhbərliyə müraciət edir.
  2. Məktəb rəhbərliyi tərəfindən vəzifə fəaliyyəti dayandırılır.

 

 

Müəllim nə zaman şəxsi iradəsi ilə imtina edə bilər?

 

Əgər müəllim sinif rəhbəri vəzifəsindən imtina etmək istəyirsə, əsaslı səbəb göstərməlidir. Səhhəti ilə bağlı, sinfi idarə etməkdə yaranan problemlər və s. kimi səbəbləri əsas gətirərək, tələbini irəli sürə bilər. Sadəcə imtina ilə bağlı məlumatların əks olunduğu ərizə yazıb direktora təqdim etməklə rahatlıqla vəzifəsini sonlandırar. 

 

Hansı hallarda direktor tərəfindən vəzifədən azad edilə bilər?

 

Şagirdlərə nəzarəti düzgün şəkildə həyata keçirə bilmədikdə, sinif rəhbərinin səlahiyyətində olan sənədləri lazımi şəkildə yazmadıqda, hazırladığı sənədlərdə müəyyən yanlışlıqlar və ya qaralamalar olduqda, şagirdlərin şəxsi işlərini, müəllimin gündəliyini, jurnalın ona məxsus olan hissəsini düzgün formada yaza bilmədikdə direktor tərəfindən məsuliyyətə cəlb olunur. Səhvə yol verdiyi mövzudan asılı olaraq, kobudluq edibsə, təhsil müəssisəsinə ziyan veribsə, ya maaşından müəyyən bir məbləğ tutulur, ya da töhmət verilir. Digər bir halda isə sinif rəhbərliyi vəzifəsindən azad olunur. 

 

Əlavə olaraq qeyd edək ki, dərs ili müddətində sinif rəhbəri öz vəzifəsindən imtina edə bilər.