Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 11:20:00
Məktəblərdə şagird özbaşınalığı artır - Təcili tədbir görülməlidir

27 saylı orta məktəbdə şagirdlər arasında baş verən insident cəmiyyətdə böyük rezonansa səbəb olub. Sözügedən olayda şagirdlərdən birinin digərinə qəfildən hücum etməsi iki nəfərin münaqişəsinə çevirilib.

Son zamanlar məktəblərdə bu kimi halların artdığının şahidi oluruq.

Təhsil ocaqlarında belə xoşagəlməz hadisələrin səbəbi nədir? Bu problemləri aradan qaldırmaq üçün hansı cəza tədbirlərinə gedilməlidir?


Mövzu ilə bağlı təhsil eksperti, təlimçi Elnur Hacıyev AzEdu.az-a açıqlamasında məktəb və valideyn arasında müqavilə bağlanmasının vacibliyini bildirib:


"Müəllim-şagird, məktəb-müəllim, şagird-məktəb arasındakı münasibətlər fərqlidir. Söhbət şagird-məktəb arasındakı münasibətdən gedirsə, o zaman valideyn və məktəb direktoru arasında müqavilə bağlanmalı, müqavilənin öhtəlikləri olmalıdır. Məktəb uşağın tərbiyəsi ilə məşğul olacağına dair öhdəlik götürməlidir. Digər tərəf valideyndir, şagird azyaşlı olduğu üçün onunla müqavilə bağlamaq olmaz. Həmin müqavilədə şagirdin məktəbdəki davranış qaydaları, nizam-intizamı ilə bağlı bir problem yaranarsa, artıq valideyn öhdəliyini yerinə yetirməmiş olur".


Ekspert bu zaman şagirdə verilə biləcək cəza tədbirlərindən söz açıb:


"Pedaqogika kitabını oxuyan biri kimi deyə bilərəm ki, şagirdin cəzalandırılması tərbiyə metodu hesab edilmir. Şagird səhv etdiyi halda, bunu ona izah etmək mütləqdir. O, ikinci dəfə nizam-intizamı pozarsa, onda valideyn və şagird məsuliyyət daşıyır. Bu zaman hansısa tənbeh, yaxud müqaviləyə uyğun olaraq digər addımlar atılmalıdır".