Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 09:09:27
Magistratura imtahanında regionlar üzrə ən yaxşı nəticə göstərən TƏLƏBƏ

Fevralın 19-da magistraturaya keçirilmiş qəbul imtahanında regionlar üzrə ən yüksək nəticəni göstərmiş bakalavrın da adına aydınlıq gətirilib.

AzEdu.az saytının Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, Elcan Səlimli magistraturaya qəbul imtahanlarında regionlar üzrə ən yüksək nəticəni göstərən yeganə bakalavr olub. O, imtahanda 96 bal toplayıb.

Elcan Səlimli Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının ingilis dili müəllimliyi ixtisasında təhsil alır.

O, dörd il öncə ali məktəbin bakalavriat pilləsinə 660 balla daxil olmuşdu. Maraqlıdır ki, həmin vaxt Elcan Bakıdakı universitetlərin daha pristijli humanitar ixtasaslarından birini seçmək imkanına malik olsa da, doğulub böyüdüyü Şəkidə - ADPU-nun filialında təhsil almağı üstün tutmuşdu.