Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 13:05:00
İmtahan qayğısı: bundan necə qurtula bilərik? - ARAŞDIRMA  

Çalışan və uğuru hədəfləyən hər bir abituriyent imtahan yaxınlaşan zaman müəyyən narahatlıq hissi keçirməyə başlayır. Bu narahatlıq motivasiya göstəricisidir. Ancaq bu hissləri normadan artıq yaşamaq imtahan verən şəxsləri depresiyaya sala bilər.

 

AzEdu.az imtahan öncəsi depressiyanın simptomlarını təqdim edir:

 

- Narahatlıq

- Qəzəb

- Qorxu

- Ümidsizlik

- Utanc

- Məyusluq

- Bədbəxtlik

- Ailə üzvlərinə və dostlarına qarşı qəzəb

- Həyatdan sıxılma

- Hər hansı bir işə diqqət yetirə bilməmək və ya bir işi bitirmədən digərinə başlamaq

- Ümidsizlik

- Güvənsizlik

- Reallıq hissini itirmək

- İdarəetməni itirmək hissi

- Tək qalmaqdan qorxma

- Problemləri heç kimlə bölüşüb müzakirə etməmək

- Ancaq pessimist düşünmək. Məsələn, “bacarmıram”, “uğursuz olacağam”, “pis qiymət alacağam”,  kimi mənfi fikirlər

- Unutqanlıq

- İmtahan suallarını oxumaq və anlamaqda, fikirləri ifadə etməkdə, suallara cavab verərkən açar sözləri və mövzuları yadda saxlamaqda çətinlik çəkmək. 

 

İmtahan öncəsi narahatlıq müəyyən dərəcədə bizim üçün zəruri olan bir şeydir. Çünki, azacıq belə narahatlığımız yoxdursa, bizi həyəcanlandırmırsa, imtahanda yaxşı nəticə göstərməyi hədəf olaraq seçməmişik. Hətta imtahan narahatlığı müəyyən səviyyədə olduqda bizə fayda verən və uğur qazanmağa motivasiya edən bir vəziyyətdir. Amma bunu normadan artıq yaşamaq bizim sağlamlığımıza ziyan vura bilər.

 

Bəs bu narahatlığı necə aradan qaldırmaq olar?

 

İmtahanla bağlı həqiqətə uyğun olmayan düşüncələrin dəyişdirilməsi imtahan narahatlığının öhdəsindən gəlməyin yolları kimi qəbul edilə bilər. İmtahan verən şəxslərin həyatda uğurun yeganə meyarının imtahan olduğu, imtahandakı uğursuzluğu biabırçılıq səbəbi hesab etməyi dəyişdirməsi lazımdır. Onlar diqqətini bacardığı işlərə yönəltməli, düşünməlidir ki, imtahan nəticəsi dünyanın sonu deyil, uğursuzluq daha çox işləmək, hədəflərdən daha bərk yapışmaq deməkdir.