Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 13:15:00
Dönər, “fastfood” məktəbliləri  bu cür məhv edir – Həkimdən həyəcan təbili

Dərs ilinin başlanması ilə məktəblilərin, xüsusilə azyaşlıların sağlamlığı əsas məsələyə çevrilir. Havaların dəyişkən olması, qidalanmanın doğru olmaması bir çox xəstəliklərə səbəb olur. Bəs uşaqları dəyişkən hava şəraitindən qorunmaq, doğru qidalanmasını təmin etmək üçün nələr edilməlidir?

AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının pediatrı Surxay Musayevqidalanmanın çox ciddi problem olduğunu bildirib:

“Bu, həm valideynlər, həm də məktəblər üçün əsas məsələdir. Uşaqları “fastfood” qidalardan uzaq tutmaq lazımdır,çünki onların mənşəyi, hazırlanma texnologiyası məlum olmur. Bu da uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri, ciddi fəsadlar səbəb olur. Bundan əlavə, uşaqları rəngli sulardan uzaq olmalıdır. Onların tərkibində zərərli maddələr var, bunlar uşaqların sağlamlığına mənfi təsir göstərir. Yaxşı olar ki, valideynlər uşaqların məktəbdə yeməsi üçün evdə  hazırlanan qidalar qoysunlar. Məsələn, bulkanı, suyu, meyvəni evdən versinlər.  Geni dəyişdirilən  meyvələrdən qidalanma pozğunluğu ilə bağlı bizə çox müraciətlər olur. Buna daha bir səbəb ayaqüstü “fastfood” qidaların yeyilməsidir. Uşaqlar çox vaxt qidalanmada dönərə üstünlük verirlər. Təəssüf  ki,Azərbaycanda dönər keyfiyyətli hazırlanmır. Onun əti də, hazırlanma texnologiyası da keyfiyyətsiz olur. Dönər bu gün oda qoyuldu, axşama qədər bitmədisə, o atılmalıdır. Amma bizdə odun qarşısında bu gün söndürürlər, sabah yenidən o, isidilir və satılır. Ətin mənbəyinin məlum olmamağı bir yandan, üstəlik də istininqarşısında qalması təhlükəli şərait yaradır. Tibb də aqar deyilən bir şey var. Burada biz qanı, sidiyi vəs. əkirik ki, görək  hansı mikrob burada inkişaf edir və xəstəliklər nədən yaranır. Həmin isti qarşısında, gün ərzində qalan, sonradan qızdırılıb satışa verilən həmin dönər ətləri dediyim hazır aqardı. Orada mikroblar çox asanlıqla yayılır, infeksiya mənbəyinə çevrilir. Ona görə də uşaqları belə qidalardan uzaq tutmaq lazımdır. Əgər uşaqlarımızın sağlam böyüməsini istəyiriksə, bunlar, həm məktəblərin, həm də valdieynlərin diqqət mərkəzində olmalıdır”.

Pediatr havaların dəyişkənliyi ilə bağlı da valideynlərə xəbərdarlıq edib:

“Son günlər havalar çox dəyişkəndir. Artıq uşaqlarda zökəm, öskürəklər çox müşahidə olunur. Doğrudur,  hamısı pnevmaniyaya keçmir, amma yuxarı tənəffüs yollarının katarı deyilən xəstəliklərə yol açır, qızdırma əmələ gəlir. Yay aylarını uşaqların hərəsi bir yerdə olub: kimi şəhərdə, rayonda, kimisi xarici ölkələrdə. Bir sinifdə 30 uşaq varsa, onlar 30 yerdə olub, nə qədər insanlarla təmasda olublar və infeksiyaları bir sinfə gətirirlər. Ona görə ehtiyatlı olmaq lazımdır. Dərs başlananda biz yoluxucu xəstəliklərinin artımını  müşahidə edirik. Bütün bunlar uşaqların müxtəlif yerlərdə istirahət edərək  yoluxduğu və ya bilmədən, keçiciliyi qaldığı halda uşaqlara keçirməsi ilə əlaqədardır. Buna görə, valideynlər indiki halda uşaqların geyiminə diqqət etsinlər, havaya aldanmasınlar. Yeməklərinə fikir versinlər, lazım gələrsə, vitamin qəbul etdirsinlər, çü