Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 10:15:32
Həmkarlar İttifaqı hansı müəllim və tələbələrə yardım edir...

Həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin təşkil edilməsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATIAHİ) fəaliyyətində əsas istiqamətlərdən biridir. Hər il bununla bağlı çoxsaylı tədbirlər həyata keçirilir.

 
ATIAHİ-dən AzEdu.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, təkcə 2022-ci ildə qurum və onun üzv təşkilatları tərəfindən ehtiyacı olan 60236 nəfər təhsil işçisinə ümumilikdə 3 800 262 manat məbləğində maddi yardım edib.

 

 Yollayışların alınmasına nə qədər vəsait xərclənib?


Bildirilib ki, ATIAHİ tərəfindən 31 şəhid ailəsi himayəyə götürülüb. 2022-ci ildə ittifaq üzvlərinin müalicə və istirahətinin təmin edilməsi məqsədi ilə 5807 yollayış alınaraq, dəyərinin 15 faizi ödənilmək şərti ilə həmkarlar ittifaqı üzvlərinə verilib. Yollayışların alınmasına 2022-ci ildə 7 703776 (yeddi milyon yeddi yüz üç min yeddi yüz yetmiş altı) manat vəsait xərclənib.

Qeyd olunub ki, 2022-ci ildə aztəminatlı ailələrdən olan tələbələrə pulsuz nahar yeməyinin verilməsi məqsədi ilə 114315 (yüz on dörd min üç yüz on beş) manat xərclənib.

 

 ATIAHİ tələbərə təqaüd ayırır

 

Qeyd edilib ki, hər il 16 ali təhsil müəssisəsinin aztəminatlı ailələrdən olan 230 nəfər tələbəsi bu imkandan yararlanır. Bundan başqa, 1995-ci ildən başlayaraq hər il əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 tələbəyə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilir. Bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2784 tələbə bu təqaüddən yararlanıb.