Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 10:14:00
Əvvəlki illərin zunları buraxılış imtahanındakı balından istifadə edə bilər?

Ötən illərdə məzun olan abituriyentləri düşündürən suallardan biri də buraxılış imtahanında topladıqları baldan bu il istifadə edib-etməyəcəkləridir.

 

 

AzEdu.az məlumat verir ki, əvvəlki illərin məzunları olan abituriyentlər imtahanın birinci mərhələsində iştirak etmək istədikləri halda ali təhsil müəssisələrinə elektron ərizə qəbulu zamanı bu barədə müvafiq qeyd etməlidirlər.

 

 

 Bu halda onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

 

 

Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün keçən il bu imtahanda iştirak etmiş abituriyentlər bu il I-V ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsində iştirak etmədən birbaşa II mərhələdə iştirak edə bilərlər.

 

 

Əlavə olaraq qeyd edək ki, qeydiyyat mart ayında aparılır.