Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 11:50:00
Bir müddət öncə əməliyyat olunan xalq şairi: "Kulturologiyadan dərs deyirəm"
Bir müddət öncə əməliyyat olunan xalq şairi Nəriman Həsənzadədən xəbər var. 
 
N.Həsənzadə səhhəti barədə məlumat verib:
 
“İndi bir az yaxşıyam. Dərslərə başlamışam. Milli Avisasiya Akademiyasında kulturologiyadan dərs deyirəm. Yayda səhhətimlə bağlı çox ağır günlər keçirdim. İndi babatam. Məni belə diqqətdə saxladığınız üçün hamınıza təşəkkür edirəm”.
 
Xatırladaq ki, N.Həsənzadə may ayında əməliyyat keçirib və həkimlər şairin öd kisəsini götürüblər. Həmin vaxt xalq şairi ürəyindəki ağırlardan da əziyyət çəkirdi. (moderator.az)