Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-19 09:11:57
İmişlidə azyaşlı yol qəzasında ağır xəsarət alıb

İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza Ramiq Turqut oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.