Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 17:23:00
Təxliyə olunan tələbələrimizin sayı açıqlandı - RƏSMİ

Türkiyənin zəlzələ bölgəsindən 219 nəfər azərbaycanlı tələbə ölkəmizə təxliyə olunub.

 

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.


Xatırladaq ki, fevralın 6-da Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.

Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Vəliyev və Hümam İsmayıllı İnönü Universitetində müxtəlif kurslarda təhsil alırdılar.

Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb və fevralın 16-da Azərbaycanda dəfn olunub. 


2022-ci ilin rəsmi məlumatlarına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir.

Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə 136 azərbaycanlı tələbə təhsil alır.