Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 10:57:54
Bakı Dövlət Universitetində “Bilik günü” qeyd olundu - FOTOLAR

Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) 2018-2019-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor bu il universitetə beş min tələbənin qəbul olunduğunu diqqətə çatdırıb.. BDU-da qazanılan nailiyyətlərdən danışan akademik A.Məhərrəmov hazırda universitetdə 23 min tələbənin təhsil aldığını bildirib.

Digər çıxış edənlər də yeni tədris ilində müəllim və tələbələrə uğurlar arzulayıblar.