Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 13:00:00
Əhali zəlzələ zamanı davranış qaydalarını bilmir - Ekspert

Türkiyədəki zəlzələnin dağıntıları arasında çalışan axtarış-xilasetmə işçilərinin dediklərinə görə, həlak olanların əksəriyyəti məhz pilləkənlərdə və ona yaxın yerlərdə qalıblar.

 

Bu qənaətə gəlmək olar ki, əhali zəlzələ zamanı necə davrannmaq lazım olduğundan tam məlumatlı deyil. Eyni hadisə Azərbaycanda baş verərsə, əhali zəlzələ zamanı davranış qaydalarına əməl edə biləcəkmi?

 

AzEdu.az xəbər verir ki, bununla bağlı ekspert Elçin Əfəndi fikir bildirib:

 

"Baş verənlər onu deməyə əsas verir ki, əhalinin böyük əksəriyyəti zəlzələ və ümumən təbiət hadisələri zamanı hansı addımları atmaqla bağlı məlumatsız olublar. Məhz bu amili nəzərə alaraq təklif edirəm ki, aidiyyatı qurumlar tərəfindən ölkəmizdə ilkin olaraq əsas seysmik ərazilərdə (Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Balakən, Gəncə, Naxçıvan, Bakı şəhəri, Lənkəran-Astara), daha sonra isə digər yerlərdə əhaliyə təbii fəlakətlər anına aid davranış qaydaları ilə bağlı məlumat broşürləri, flayerləri paylansın, maarifləndirmə işləri görülsün.

Niyə vaxtında etmədik deyə peşmanlıq yaşamamaq üçün elə indidən başlamaq lazımdır!".