Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 11:30:00
Deputat hökumətdən tələbələrə güzəşt İSTƏDİ

Təyyarə biletlərinin baha olmasına görə, tələbələrimiz tətillərini ölkəmizdə deyil, təhsil aldıqları ölkələrdə keçirirlər.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin fevralın 17-də keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

 

“Türkiyədə təhsil alan tələbələrimiz də bu səbəbdən ölkəmizə gələ bilməyiblər. Ona görə də hesab edirəm ki, tələbələrimizə həm daxili nəqliyyatda, həm da xarici nəqliyyatda güzəştlər olmalıdır. Bununla bağlı xarici təcrübələr var, ən azından qardaş Türkiyənin təcrübəsindən istifadə edə bilərik”, - deyə deputat aviabiletlərin baha olmasından gileylənib.


"Digər bir məsələ Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və orada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğundan vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər. Eyni zamanda, tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədilə səfərlərdə müəyyən güzəştlərin tətbiqi məsələsinə baxılmasına ehtiyac var. Onsuz da bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb müvafiq qurumlara təklif təqdim etməlidirlər. Bu vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək”, - C.Məmmədov əlavə edib.