Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 10:05:00
İxtisas daxilində təhsilalma formasını dəyişmək olar? - Subbakalavrların NƏZƏRİNƏ  

Tələbələrin əksəriyyəti universitetə qəbul olunduqdan sonra müəyyən səbəblərdən təhsilalma formasını (əyanidən qiyabiyə və yaxud əksinə) dəyişmək qərarına gəlir.

 

AzEdu.az subbakalavrların ixtisas daxilində əyanidən qiyabiyə (və ya əksinə) transferi məsələsinə aydınlıq gətirir.

 

Rəsmi məlumata görə, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş subbakalavrlar (www.transfer.edu.az) portalı vasitəsilə qeydiyyatdan keçə bilər.

 

Qeydiyyatdan keçərkən müvafiq məlumatları daxil edib təhsil aldıqları ali təhsil müəssisələrində yalnız təhsilalma formasını dəyişməklə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərə bilərlər.